Millimiz sabah UEFA xətti ilə testdən keçəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan milli komandası martın 21-də koronavirus testindən keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, testlər UEFA-nın vəsaiti hesabına aparılacaq. Avropa futbol qurumu seçmə mərhələnin startı ərəfəsində COVID-19 yoxlamalarının aparılması xərclərini öz üzərinə götürülüb. Nəticələr ertəsi gün bilinəcək.
Ukrayna "Minay"ından milliyə ilk dəfə dəvət almış Anatoli Nuriyev də sabah kollektivlə birgə olacaq. O, az öncə başa çatmış Premyer Liqanın XIX turunun səfər qarşılaşmasında "Mariupol"a qarşı forma geyinib. Görüş qolsuz yekunlaşıb - 0:0.
Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.
Oxşar xəbərlər
Canni De Byazi "Qarabağ"ın 10 futbolçusunu millimizə dəvət etdi
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi qarşıdakı oyunlar üçün "Qarabağ"ın 10 futbolçusuna dəvət göndərib. BAKU.WS "Report"a istinadən xəbər v...