Millimiz Monteneqroya qarşı - AFİŞA

Millimiz Monteneqroya qarşı - AFİŞA
İdman 475

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

BAKU.WS xəbər verir ki, yığmamız Millətlər Liqasında III turun matçına çıxacaq.

Canni de Byazinin yetirmələri C liqasının 1-ci qrupu görüşündə Monteneqro ilə görüşəcək. Qarşılaşma Podqoritsadakı Şəhər stadionunda təşkil olunacaq.

İlk matçında evdə Lüksemburqa uduzan (1:2) yığmamız, ikinci oyunda Kiprdə qələbə (1:0) qazanmışdı. Bu, millimizin ardıcıl ikinci səfər qarşılaşmasıdır.

De Byazinin yetirmələri I dövrənin son matçına itki ilə yollanıb. Cəzalı Mahir Emreli komandaya kömək edə bilməyəcək. Düzdür, rəqib də cəzalı durumda olan Stefan Saviçin xidmətindən məhrumdur.

Qeyd edək ki, Monteneqro – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Millətlər LiqasıC liqası, III tur1-ci qrup

17:00. Monteneqro – AzərbaycanBaş hakim: Rikardo de Burqos Benqoeçea (İspaniya)Podqoritsa. Şəhər stadionu

Oxşar xəbərlər

Son xəbərlər