Millimiz Avropa üçüncüsü oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında uğurlu nəticəyə imza atıb.
BAKU.WS Azərbaycan Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında qatılan və 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanan yığma 102 xalla komanda hesabında qitə üçüncüsü olub.
Gürcüstan (138) birinci, Türkiyə (133) isə ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın 6 yunan-Roma güləşçisindən beşi fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) qitə çempionu olub. Ziya Babaşov (63 kq) ikinci, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub.
Oxşar xəbərlər
Azərbaycan güləşçilərinin qazandıqları medal sayı məlum olub
Azərbaycan güləşçilərinin 2021-ci ildə beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb. Federasiyanın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumat...