Millətlər Liqası: Azərbaycan millisi bu gün növbəti görüşünü keçirəcək
Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.
Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya yığması ilə üz-üzə gələcək.
Koşitse şəhərindəki "Koşitse Futbol Arenası"nda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edəcək.
UEFA Millətlər Liqası
C Liqası, I qrup
II tur
8 sentyabr
20:00. Slovakiya - Azərbaycan
Baş hakim: Damian Silvestrjak (Polşa).
Koşitse, "Koşitse Futbol Arenası"
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
İkardi "Milan"a keçə bilər
"Qalatasaray"ın hücumçusu Mauro İkardi karyerasını İtaliyanın "Milan" klubunda davam etdirə bilər. BAKU.WS xəbər verir ki, bu barədə insayder Matteo Moretto sos...