“Milan”da gözlənilməz ayrılıqlar - Maldini klubdan qovuldu

“Milan”da gözlənilməz ayrılıqlar - Maldini klubdan qovuldu
İdman 93

“Milan”ın idman direktoru olan klubun əfsanəsi Paolo Maldini tutduğu postdan qovulub.

BAKU.WS xəbər verir ki, İtaliya mətbuatı Maldininin bir müddətdir ki, klubun sahibi Cerri Kardinale ilə fikir ayrılığı yaşadığını açıqlayıb.

Bildirilib ki, Maldininin mövsüm bitdikdən sonra Kardinale ilə görüşlərində sərt müzakirələr aparılıb və tərəflər Maldinin klubdan ayrılması qərarına gəliblər.

Maldini ilə yanaşı onun köməkçisi Riki Massaranın da klubdan ayrılacağı gözlənilir. Qeyd edək ki, 2018-ci ildə "Milan"ın rəhbərliyinə daxil olan Paolo Maldini 2019-cu ildə texniki komitəyə cavabdeh direktor vəzifəsini icra edib. Bu müddət ərzində Maldini Milanın çempionluğunda pay sahibi olub və o, həm də Çempionlar Liqasının yarımfinalında çıxış edən komandanın mühüm hissəsinə çevrilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər