“Milan” 11 ildən sonra futbol üzrə İtaliya çempionu oldu

“Milan” 11 ildən sonra futbol üzrə İtaliya çempionu oldu
İdman 105

“Milan” 11 ildən sonra futbol üzrə İtaliya çempionu olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, İtaliya A seriyasının 38-ci turunda "Milan" "Sassuolo"nun qonağı olub.

Görüş 3:0 hesabı ilə "Milan"ın qələbəsi ilə başa çatıb.

“Milan”ın heyətində qolları Olivye Jiru (17, 32-ci dəqiqə) və Frank Kesye (36) vurub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər