Meydançanı qardan Qurban Qurbanovla futbolçular təmizlədi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın Polşanın “Visla” (Krakov) klubu ilə bu günə nəzərdə tutulan yoxlama oyunu baş tutacaq.
BAKU.WS "qol.az"-a istinadən xəbər verir ki, görüşün keçiriləcəyi və “Qarabağ”ın məskunlaşdığı idman kompleksinin meydançası qardan təmizlənib.
Maraqlıdır ki, təmizləmə prosesində Ağdam komandasının baş məşqçi Qurban Qurbanov başda olmaqla məşqçi heyəti, bəzi futbolçular, ofis işçiləri, klub rəsmiləri də iştirak ediblər.
Qeyd edək ki, “Qarabağ” bu gün 2 yoxlama oyunu keçirməli idi. Lakin Antalyaya yağan güclü qar səbəbindən Çexiyanın “Bohemians” klubu ilə oyunu ləğv olunub.
“Visla” ilə oyun isə Bakı vaxtı ilə saat 17:45-də başlayacaq. Komandalar arasında əldə edilmiş razılığa əsasən, yoxlama görüşü 3 hissədən ibarət olacaq.
Qalereya
Oxşar xəbərlər
“Ailəmi bura gətirməyəcəm” - Millimizin yeni baş məşqçisi - VİDEO
Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin “Qafqazinfo”ya müsahibəsi: - Öncə milli komandanın baş məşqçisi postuna aldığınız dəvətdən və...