Messiyə 1,1 milyon dollarlıq saat hədiyyə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
"İnter Mayami"nin hücumçusu Lionel Messi Hindistana ilk turunun sonunda Anant Ambani tərəfindən təsis edilən Vantara - vəhşi təbiətin xilas edilməsi və mühafizəsi mərkəzini ziyarət edib.
BAKU.WS xəbər verir ki, bu səfərdən paylaşılan fotolarda azarkeşlər argentinalı futbolçunun qolunda dəyəri 1,1 milyon dollardan çox olan "Richard Mille RM 003-V2" saatını görüblər.
Məlumata görə, saat Messiyə Hindistanın ən varlı insanının oğlu olan iş adamı Anant Ambani tərəfindən hədiyyə edilib.
Qeyd olunur ki, bu modeldən dünyada cəmi 12 ədəd mövcuddur ki, bu da saatı son dərəcə nadir edir.
Hindistana səfəri zamanı argentinalı hücumçu dörd şəhəri - Mumbay, Yeni Dehli, Heydərabad və Kalkuttanı ziyarət edib.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...