Messinin atasından "Barselona" ilə bağlı AÇIQLAMA

Messinin atasından Barselona ilə bağlı AÇIQLAMA
İdman 614

PSJ-nin argentinalı hücumçusu Lionel Messinin atası və agenti Xorxe Messi yay transfer pəncərəsində oğlunun "Barselona" klubuna transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Xorxe Messi oğlunun "Barselona"ya qayıtmayacağını bildirib.

"Leonun "Barselona"ya qayıdacağını düşünmürəm. İspaniya klubunun prezidenti Joan Laporta ilə əlaqə saxlamamışıq. Klubdan heç bir təklif gəlməyib", - Xorxe bildirib.

Mediada yayılan xəbərlərə görə, Messi yay transfer pəncərəsində sərbəst agent kimi Kataloniya klubuna keçə bilər.

Qeyd edək ki, Messi 2021-ci ilin yay transfer pəncərəsində "Barselona"dan PSJ-yə keçib. Onun "parislilər"lə müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Son xəbərlər