Messidən het-trik: Dünya çempionatının qol rekorduna şərik oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Argentina millisi futbol üzrə dünya çempionatının qrup mərhələsində Əlcəzair üzərində inamlı qələbə qazanaraq turnuvaa uğurlu start verib.
BAKU.WS xəbər verir ki, qarşılaşmanın əsas qəhrəmanı Lionel Messi olub. Millidə 200-cü oyununa çıxan ulduz futbolçu het-trik edərək komandasının qələbəsində həlledici rol oynayıb.
Messi dünya çempionatları tarixində vurduğu qolların sayını 16-ya çatdıraraq Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozenin rekorduna şərik olub.
38 yaşlı futbolçu matçda ilk qolunu 17-ci dəqiqədə vurub. O, ikinci qolu 60-cı dəqiqədə rəqib qapıçısının səhvindən yararlanaraq, üçüncü qolu isə 76-cı dəqiqədə cərimə meydançası xaricindən dəqiq zərbə ilə rəsmiləşdirib.
Bununla Messi dünya çempionatları tarixində het-trik edən ən yaşlı futbolçu adına da sahib çıxıb.
J qrupunda çıxış edən Argentina növbəti oyunlarını Avstriya və İordaniya millilərinə qarşı keçirəcək.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...