Messi sevgisi sərhəd tanımır: Dünya çempionatına getmək üçün evini satdı

Messi sevgisi sərhəd tanımır: Dünya çempionatına getmək üçün evini satdı
Foto Video
İdman 24

2026-cı il dünya çempionatında Argentina millisinin oyunları təkcə futbol deyil, həm də milyonlarla insanın Lionel Messiyə olan sonsuz sevgisinin nümayişinə çevrilib.

BAKU.WS "championat.com" portalına istinadən xəbər verir ki, ABŞ-nin Dallas şəhərində keçirilən Argentina – Avstriya qarşılaşması bunu bir daha təsdiqləyib.

Şəhərin küçələrindən stadionun ətrafına qədər hər yerdə ağ-göy rənglər hakim idi. Minlərlə argentinalı azarkeş sevimli komandasına dəstək vermək üçün ABŞ-yə axışmışdı. Onların əksəriyyətinin üzərində isə eyni forma vardı – Messi forması.

Oyundan əvvəl azarkeşlərlə söhbət zamanı maraqlı etiraflar səslənib. Bəzi argentinalılar hətta həyat yoldaşlarından daha çox Messini sevdiklərini deyiblər. Bu isə ölkədə futbolun və xüsusilə də Messi fenomeninin hansı səviyyədə olduğunu göstərir.

Azarkeşlərdən biri dünya çempionatına gəlmək üçün təxminən 5 min dollar xərclədiyini bildirib. Onun sözlərinə görə, Argentinada bir çox insan dünya çempionatları üçün illərlə pul yığır:

"Qətərdəki mundial başa çatan kimi ABŞ-də keçiriləcək turnir üçün pul toplamağa başladıq. Bu çempionat bitəndən sonra isə 2030-cu il mundialı üçün yığmağa başlayacağıq".

Messi sevgisi sərhəd tanımır: Dünya çempionatına getmək üçün evini satdı

Lakin ən diqqətçəkən hekayə başqa bir azarkeşlə bağlı olub. Onun dostu uzun müddət maliyyə çətinliklərinə görə ABŞ-yə gedə bilməyəcəyini düşünürmüş. Nəhayət, o, gözlənilməz qərar verib.

"Bir gün mənə zəng etdi və dedi: "Hər şey cəhənnəmə, mən mənzilimi satdım. Bir müddət anamla yaşayacağam. Dünya çempionatına gedirəm"".

İlk baxışdan bu qərar məntiqsiz görünə bilər. Axı insan gələcək rahatlığını bir neçə oyuna və qısa müddətli emosiyalara dəyişir. Ancaq stadionda yaranan atmosferə şahid olduqda bu qərarı başa düşmək daha asan olur.

Argentina azarkeşləri üçün Messi sadəcə futbolçu deyil. O, bir nəslin simvolu, qürur mənbəyi və canlı əfsanədir. Onlar üçün 39 yaşına yaxınlaşan futbol dahisinin meydanda keçirdiyi hər oyun tarixə çevrilir.

Messi sevgisi sərhəd tanımır: Dünya çempionatına getmək üçün evini satdı

Avstriya ilə görüşdə Messi iki qol vuraraq dünya çempionatları tarixindəki rekordlarına yenilərini əlavə etdi. Stadionda minlərlə insanın eyni anda onun adını səsləndirməsi isə bir daha göstərdi ki, argentinalılar üçün bu sevgi adi azarkeşlikdən çox uzaqdır.

Messi karyerasının son illərini yaşayır. Bəlkə də məhz buna görə onun azarkeşləri bu anları qaçırmaq istəmir, bəzən hətta bunun üçün böyük maddi qurbanlar verməyə də hazır olurlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər