Messi Ronaldunun rekordunu təkrarladı, Mbappe isə onun nəticəsini yenilədi

Messi Ronaldunun rekordunu təkrarladı, Mbappe isə onun nəticəsini yenilədi
İdman 205

PSJ-nin futbolçusu Lionel Messinin evdə Belçika "Brügge"sinə qarşı UEFA Çempionlar Liqasının (ÇL) qrup oyununda vurduğu qol argentinalı hücumçu üçün əlamətdar olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, görüşün 38-ci dəqiqəsində komandasının 3-cü qoluna imza atan 34 yaşlı forvard qitənin ən nüfuzlu klub turnirində məyus etdiyi komandaların sayını 38-ə çatdırıb.

Ulduz futbolçu bu göstərici ilə hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştianu Ronaldunun rekordunu yeniləyib.

"Brügge" ilə qarşılaşmada dubl edən PSJ-nin digər qolçusu Kilian Mbappe isə ÇL-də 30 qol vuran ən gəc futbolçu ünvanını ələ keçirib. 22 yaş 352 günlüyündə buna nail olan fransalı forvard Messinin (23 yaş 131 günlük) rekordunu yeniləyib.

Qeyd edək ki, hazırda PSJ - "Brügge" matçınd ikinci hissə oynanılır və meydan sahibləri hesabda öndədirlər - 3:1.

Oxşar xəbərlər

Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır

Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır

2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...

1378 İdman 20:37 19 oktyabr 2020

Son xəbərlər