Messi ona görə verilişə qatılmaqdan imtina etdi: "Eşşək" adlandırmışdı...

"İnter Mayami"nin hücumçusu Lionel Messi "Liverpul"un keçmiş müdafiəçisi Ceymi Karraqerin iştirakı ilə CBS Sportsda yayımlanan "Golazo" verilişində iştirakdan imtina edib.
BAKU.WS-in xəbərinə görə, bu barədə verilişin aparıcısı Keyt Hebdo efirdə məlumat verib.
"Biz İnter Mayamiyə rəsmi dəvət göndərdik və Messini şoumuza gəlməsini istədik. Rəsmi cavabın nə olduğunu bilirsinizmi? Aydındır ki, Lionel Messi Ceymi Karraqerin olduğu şouda iştirak etməyəcək", - o bildirib.
Məlumata görə, 2022-ci ilin yanvarında ingilis futbolçu PSJ-nin oyunçusu Lionel Messinin ona yazdığı mesaj barədə danışıb.
"Messi məndən razı deyil. Mövsümün əvvəlində demişdim ki, Kriştiano Ronaldonu transfer etməyin "Mançester Yunayted" üçün əla seçim olduğunu düşünmürəm. Mən Messini misal çəkdim. Çünki o da PSJ üçün yaxşı bir transfer deyil. Bu açıqlamanı verdikdən sonra İnstaqramda şəxsi mesaj aldım. Messi özü mənə yazdı. Şəxsi mesajlarımı göstərməyəcəyəm. O, məni sadəcə "eşşək" adlandırdı".
Oxşar xəbərlər
Qvardiola Maradona ilə Messini müqayisə etdi
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola əfsanəvi futbolçu Dieqo Maradona ilə "İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messini müqayisə...
