Messi futbolda nəyi xoşlamadığını açıqlayıb
"İnter Mayami" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi oyun zamanı fintlər etməyi sevmədiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Ole" nəşri məlumat yayıb.
"Bütün fintləri bacarıram. Amma əvvəllər onları demək olar ki, etmirdim, çünki xoşuma gəlmirdi. Uşaq olanda daha çox edirdim, daha çox özümü göstərirdim. O vaxt indiki imkanlar yox idi. Amma matçlarda bunu etməyi heç vaxt sevməmişəm", – deyə Messi bildirib.
Lionel Messi Kataloniyanın "Barselona" klubunun yetirməsidir. O, əsas komandanın heyətində 2003–2021-ci illərdə çıxış edib. Bu müddət ərzində 835 oyunda meydana çıxaraq 709 qol vurub. Messi "Barselona" ilə dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub, 2022-ci ildə Argentina millisi ilə dünya çempionluğunu qazanıb. O, həmçinin iki dəfə Amerika Kubokunu qazanıb və səkkiz dəfə "Qızıl top" mükafatına layiq görülüb.
Messi klub səviyyəsində "Barselona" ilə 35 titul, Argentina millisi ilə altı titul, eləcə də PSJ-də çıxış etdiyi dövrdə üç titul qazanıb.
Oxşar xəbərlər
Azərbaycan Güləş Federasiyasının əsas hədəfi olimpiadaya lisenziyalar qazanmaqdır
Hədəfimiz Yay Olimpiya Oyunlarına lisenziyalar qazanmaqdır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti N...