Messi "Barselona"nın 16 yaşlı istedadı Lamine Yamaldan danışdı
"İnter Mayami"nin və Argentina millisinin argentinalı hücumçusu Lionel Messi "Barselona"nın 16 yaşlı istedadı Lamin Yamalın çıxışlarını şərh edib.
BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.
"İnsanlar Lamini bir neçə ay əvvəl tanımağa başlayıblar, amma mən onu 6 ildir ki, La Masiada "Madrid"ə qarşı oynayanda və 3 qol vurandan tanıyıram. Onun bu qolları necə dəqiq vurduğu məni də heyrətləndirib", - ulduz futbolçu deyib.
Qeyd edək ki, Yamal kataloniyalıların yetirməsidir və 2023-cü ilin yayında "Barselona"nın əsas komandasına qoşulub.
Bu mövsüm 16 yaşlı futbolçu İspaniya klubunun heyətində bütün yarışlarda 34 oyun keçirib, 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portlalı futbolçunu 60 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
Messi heyranı olduğu futbolçunun adını açıqladı
Argentina millisinin və Amerikanın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi həmyerlisi, keçmiş futbolçu Pablo Aymara heyran olduğunu etiraf edib. BAKU.WS...