Messi 2026-cı il dünya çempionatında oynayacaq?

Messi 2026-cı il dünya çempionatında oynayacaq?
İdman 27

Argentina milli futbol komandasının hücumçusu Lionel Messi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı hələ ki qərar verməyib.

BAKU.WS xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

"Mən özümü qabaqlamıram. Hər gündən həzz almağa çalışıram. Vaxtı gələndə görəcəyik, mən tələskənlik etməyi sevmirəm. Ümid edirəm ki, mən də eyni səviyyədə çıxış edə biləcəyəm", - deyə Messi bildirib.

Xatırladaq ki, Messi 2022-ci ilin dekabrında Argentina millisinin tərkibində dünya çempionu olub. O, millinin heyətində 100-dən çox qol vurub.

Son xəbərlər