Məşhur futbolçu hokkey karyerasına başlayıb
10
okt
2019
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Çelsi" və "Arsenal" klublarının şərəfini qorumuş çexiyalı qapıçı Petr Çex Böyük Britaniyanın dördüncü divizionunun hokkey komandasının şərəfini qoruyacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Eurosport" məlumat yayıb. Petr Çex 20 illik peşəkar futbolçu karyerasından sonra "Qilford Feniks" xokkey klubuyla müqavilə imzalayıb."Mən "Feniks"də çıxış edəcəyim və oyun təcrübəsi toplayacağım üçün çox şadam. Ümid edirəm ki, gənc komandaya mövsümdəki hədəflərinə çatmaq üçün kömək edə biləcəm və meydançaya çıxdığım matçlarda qalib gəlməyə çalışacam", - deyə veteran futbolçu bildirib.
Oxşar xəbərlər
"Sabah" Ozan Can Kökçü ilə 2 illik müqavilə bağlayıb
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. BAKU.WS-in məlumatına görə, paytaxt təmsilçisi Azərbaycan yığmasının milliləşən legioneri Ozan Can...