Mertens Okan Buruk və Oliveyra arasında gərginliyi həll etdi

Mertens Okan Buruk və Oliveyra arasında gərginliyi həll etdi
İdman 2

Okan Burukla mübahisə etdiyi üçün "Qalatasaray"ın heyətindən kənarlaşdırılan Serxio Oliveyranın əfv edilməsində Dris Mertensin də böyük payı olduğu bildirilir.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

"Qalatasaray"ın belçikalı ulduzu Dris Mertens komanda daxilində konstruktiv davranışları və liderlik keyfiyyətləri ilə seçilməyə davam edir.

"Fatih Karagümrük"lə kubok matçından sonra baş məşqçi Okan Burukla mübahisə edən Oliveyranın üzr istəməsində Mertensin təsirli olduğu məlum olub.

"37 yaşım var və indiyə qədər məşqçi ilə dava edib qalib gələn futbolçu görməmişəm. Sən də öz səhvini qəbul etməlisən", - deyə Mertens Oliveyraya deyib.

Heyətdən kənarlaşdırılan portuqaliyalı futbolçu Okan Burukla görüşmək istəyib.

Mertenslə görüşünün təsiri ilə hadisələrə fərqli prizmadan yanaşan Oliveyranın bir addım geri çəkilərək səhvini qəbul etdiyi vurğulanıb.

Qeyd edək ki, Serxio Oliveyra Portuqaliyanın "Portu" klubunun yetirməsidir.

Son xəbərlər