"Real" Kerem Aktürkoğlu ilə maraqlanır
İspaniya klubu "Real Sosyedad" "Qalatasaray"ın ulduzu Kerem Aktürkoğlunu "radar"ına salıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Avropanın böyük liqalarında oynamaq istəsə də, Səudiyyə Ərəbistanından da çox yüksək təkliflər alır.
"Ayaks"ın türkiyəli futbolçu ilə müqavilə imzalamaq istəməsi ilə bağlı söz-söhbətlər olsa da, lakin bunun hələlik heç bir əsasının olmadığı deyilir.
"Qalatasaray" Kerem Aktürkoğlu üçün 2 fərqli liqadan rəsmi transfer təklifi alıb. Qeyd olunub ki, bu liqalardan biri MLS, digəri isə La Liqadır.
Hal-hazırda "Real Sosyedad" Avropanın 5 böyük liqasından futbolçu ilə ciddi maraqlanan yeganə klubdur.
Məlumatı təsdiqləyən Kerem Aktürkoğlunun yeni meneceri Viliam Davila "Bəli, "Real Sosyedad" onu istəyir...", - deyib.
Kerem gündəmində olsa da, İspaniya klubu hələ də "Qalatasaray"la danışıqlar aparmayıb.
"Qalatasaray" rəhbərliyi futbolçusunun ayrılma qərarına müsbət yanaşır. Hər komanda ilə danışıqlara açıq olduğu bildirilən "sarı-qırmızılılar"ın futbolçunun satışından gözlədiyi transfer qiyməti ən az 10 milyon avrodur.
Qeyd edək ki, Aktüroğlu 2020-ci ildə "Ərzincanspor"dan "Qalatasaray"a transfer olub. Türkiyə millisinin futbolçusu "Qalatasaray"ın ardıcıl 2 dəfə çempion olduğu bu mövsüm 54 matçda 15 qol vurub, 9 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Kerem Aktürkoğlunun bu görüntüləri müzakirələrə səbəb oldu - FOTO/VİDEO
Ötən gün "Qalatasaray" - "Fənərbağça" derbisində bir-neçə maraqlı məqam yaşanıb. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, "Fənərbağça"nın meydandan ç...