Kerem Aktürkoğlunun bu görüntüləri müzakirələrə səbəb oldu - FOTO/VİDEO
Ötən gün "Qalatasaray" - "Fənərbağça" derbisində bir-neçə maraqlı məqam yaşanıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, "Fənərbağça"nın meydandan çəkildiyi Superkubok finalında "Qalatasaray"da vurduğu qol zamanı Kerem Aktürkoğlunun hərəkəti diqqət çəkib.
Görüşün 1-ci dəqiqəsində "Qalatasaray"ın oyunçusu Barış Alper Yılmazdan topu cərimə meydançasında qəbul edən Mauro İkardinin qolu İstanbul nəhəngini 1-0 önə keçirib.
"Fənərbağça" qoldan meydandan çəkilib. Klubun bütün futbolçuları paltardəyişmə otağına getdikdən sonra hakim Volkan Bayarslan oyunu yarımçıq dayandırıb.
Qarşılaşmanın erkən dayandırılmasından sonra böyük sevinc hissi keçirən "Qalatasaray"lı futbolçular gecəni məşq matçı ilə başa vurub.
"Sarı-qırmızılılar"ın vurduğu qolda diqqəti çəkən detal üzə çıxıb. Başlama zamanı "Qalatasaray"ın futbolçusu Kərəm Aktürkoğlunun yarımmüdafiənin sol xəttində hərəkətsiz qaldığı və heç bir tədbir görmədiyi görüntülərə əks olunub.
İddiaya görə, Kerem Aktürkoğlu matç başlamazdan əvvəl "Fənərbağça" futbolçulara "Matça kim başlasa, topu taca atacaq" deyə çıxış edib. Bu səbəbdən Aktürkoğlunun qol zamanı heç bir hərəkət etmədiyi və qol sevincində də iştirak etmədiyi iddia edilib.
Oxşar xəbərlər
Premyer Liqa tarixinin ən yaxşı 33 oyunçusu: Tyeri Anri, Ronaldo, Salah...
"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 33 oyunçusu açıqlanıb BAKU.WS xəbər verir ki, sözügedən oyunçuların siyahısını təqdim edir: 33...