Melissa Varqasın tarixi performansı: 2 oyunda 61 xal
Yeniliklərdən dərhal xəbərdar olun
Qadın voleybolçulardan ibarət Türkiyə millisi Paris 2024 Olimpiya Oyunlarında ilk iki oyununda qalib gələrək böyük uğura imza atıb.
BAKU.WS xəbər verir ki, bu qələbələrdə Melissa Varqasın qeyri-adi performansı diqqət çəkib.
“Filenin Sultanları”nın Paris-2024-də keçirdiyi qarşılaşmada Melissa Varqas ümumilikdə 61 xal toplayaraq meydanda damğasını vurub.
İlk oyunda Hollandiya ilə qarşılaşmada 30 xal toplayan Varqas olimpiya tarixində bir matçda 30 xal toplayan 12-ci oyunçu olub.
O, ikinci görüşdə Dominikan Respublikası ilə görüşdə 31 xal toplayıb və komandasını qələbəyə daşıyıb.
Oxşar xəbərlər
Türkiyənin qadın voleybol millisindən möhtəşəm geridönüş, Niderland məğlub edildi - VİDEO
Türkiyənin qadınlardan ibarət voleybol millisi bu gün Parisdə keçirilən Olimpiya Oyunlarında C qrupundakı rəqiblərindən olan Niderland kollektivi ilə qarşılaşıb...