Mehriban Əliyevadan Yay Paralimpiya Oyunlarında uğur qazanan idmançılarımıza TƏBRİK - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nailiyyət əldə edən idmançılarımızı təbrik edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident "İnstaqram" hesabında paylaşım edib. Paylaşımda deyilir:
“Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirakını başa çatdırdı! Növbəti qızıl medalları Orxan Aslanov və Paralimpiyada rekordunu təzələmiş Lamiyə Vəliyeva qazandılar! Bütün qalibləri səmimi-qəlbdən təbrik edirəm! İdmançılarımıza təşəkkür edirəm! Siz Azərbaycanı layiqincə təmsil etdiniz! Yüksək bacarıq, qətiyyət, məqsədyönlülük nümayiş etdirərək, siz bütün azarkeşlərinizin ümidlərini doğrultdunuz! Bizim 14 qızıl, 1 gümüş və 4 bürünc medalımız var! Buna görə çox sağ olun! Hər birinizə möhkəm cansağlığı, sevinc, səadət, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.
Oxşar xəbərlər
“Tokio-2020”: Medal sıralamasında Azərbaycan yeddinci pilləyə yüksəlib
Avqustun 28-də - “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının dördüncü günündə 61 ölkənin idmançıları medal qazanıblar. BAKU.WS xəbər verir ki, medal siyahısına...