Məhəmməd Əliyə qalib gəlmiş boksçu vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya Boks Şurası və Dünya Boks Assosiasiyasının təşkil etdiyi yarışlarda superağır çəki üzrə keçmiş dünya çempionu Leon Spinks vəfat edib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, 67 yaşlı amerikalı onkoloji xəstəlik səbəbindən dünyasını dəyişib. O, artıq beş il idi ki, prostat vəzi xərçəngindən əziyyət çəkirdi.
Qeyd edək ki, L.Spinks 1976-cı ildə boks üzrə Olimpiya çempionu olub. 1978-ci ildə isə o, 36-yaşlı Məhəmməd Əliyə qalib gələrək dünya şöhrəti qazanıb. Lakin revanş görüşündə boks əfsanəsi Spinksi məğlub etməyi bacarıb.
Spirtli içkilər və narkotik maddələrə aludəçilik Leonu qısa müddət sonra karyerasını başa çatdırmağa məcbur edib. O, keçirdiyi 46 döyüşün 26-da qalib gəlib, 17-də isə məğlub olub. Hesabında 14 nokaut olan boksçunun 3 döyüşü heç-heçə başa çatıb.
Oxşar xəbərlər
Məhəmmədrəsul Məcidov: "Coşua mənimlə döyüşməyə maraq göstərdi"
Azərbaycanlı boksçu Məhəmmədrəsul Məcidov Sputnik britaniyalı Tom Litlla (Tom Little) olan təkbətək döyüşündən və dünya çempionu Entoni Coşua ilə görüşündən dan...