Mbappe "Santyaqo Bernabeu"da debüt matçından danışdı: "Bu, əla andır"

Mbappe Santyaqo Bernabeuda debüt matçından danışdı: Bu, əla andır
İdman 34

Madrid "Real"ının futbolçusu Kilian Mbappe klubun doğma stadionu "Santyaqo Bernabeu"da La Liqa matçında "Valyadolid"ə qarşı keçirdiyi debüt oyunundan (3:0) sonra açıqlama verib.

BAKU.WS xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

“Bu, əla andır. "Santyaqo Bernabeu"da debüt etdiyim üçün çox xoşbəxtəm. Qələbə ilə başlaya bildik. Tribunada dəstək böyük idi”, - Mbappe bildirib.

Xatırladaq ki, Mbappe ilə "Real Madrid" arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu Madrid klubuna azad agent kimi keçib. Bundan əvvəl forvard 2017-ci ildən çıxış etdiyi PSJ-də oynayıb.

İspaniya çempionatının cari mövsümündə Mbappe iki oyun keçirib, o, qol vurmayıb.

“Real Madrid”lə Mbappe artıq UEFA Super Kubokunu qazanıb.

Son xəbərlər