Mbappe DÇ-2026-da Messinin rekorduna bir addım da yaxınlaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa millisinin hücumçusu Kilian Mbappe FIFA 2026 Dünya Çempionatında növbəti uğuruna imza atıb.
BAKU.WS xəbər verir ki, Fransa yığmasının İsveç üzərində 3:0 hesablı qələbə qazandığı oyunda iki qol vuran Mbappe turnirdə qol sayını 6-ya çatdıraraq bombardirlər yarışında Lionel Messiyə çatıb.
Fransalı futbolçu bununla yanaşı, Dünya çempionatları tarixində vurduğu qolların sayını 18-ə yüksəldib və bu göstərici ilə ikinci pillədə qərarlaşıb.
Hazırda Dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu 19 qolla Lionel Messidir. Mbappe isə argentinalı ulduzun rekordundan cəmi bir qol geri qalır.
Qeyd edək ki, Kilian Mbappe turnirdə vurduğu 6 qol və etdiyi 2 məhsuldar ötürmə ilə ümumilikdə 8 qol iştirakına imza ataraq DÇ-2026-da ən məhsuldar futbolçu olaraq çıxışını davam etdirir.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...