Marko Veşoviç karyerasını Xorvatiyada davam etdirəcək
22
avq
2025
16:19
"Qarabağ"la yollarını ayıran monteneqrolu futbolçu Marko Veşoviçin yeni ünvanı müəyyənləşib.
BAKU.WS xəbər verir ki, Xorvatiyanın "Lokomotiva" klubu 34 yaşlı müdafiəçi ilə anlaşmaya nail olub.
Veşoviç artıq Zaqreb təmsilçisinə qoşulub. Müqavilənin müddəti və şərtləri açıqlanmayıb.
Xatırladaq ki, Marko Veşoviç 2021-ci ildən "Qarabağ"ın heyətində çıxış edirdi və bu müddət ərzində komandanın əsas oyunçularından biri olub.
Oxşar xəbərlər
Aidə Əliyevaya AFFA-da vəzifə verildi
Jurnalist Aidə Əliyeva Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyin olunub. BAKU.WS xəbər verir...