Maqnus Karlsen yenidən dünya çempionu oldu
10
dek
2021
20:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Norveçli şahmatçı Maqnus Karlsen dünya çempionu titulunu qoruyub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 31 yaşlı qrossmeyster rusiyalı Yan Nepomnyaşi ilə dünya şahmat tacı uğrunda görüşün 11-ci partiyasından da qalib ayrılıb. Nepomnyaşi 49-cu gedişdə təslim olub.
Bununla da sona 3 tur qalmış hesab 7,5:3,5 olub və Karlsen çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib.
Qeyd edək ki, Maqnus Karlsen ilk dəfə 2013-cü ildə dünya şahmat tacına yiyələnib. O, hindistanlı Vişvanatan Anandı məğlubiyyətə uğradıb.
Oxşar xəbərlər
Püşk atıldı: Məmmədyarov ilk turda Aronyana rəqib oldu
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsinin püşkü atılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbayca...