Maqnus Karlsen Bakıda zəhərlənib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen Bakıda keçirilən dünya çempionatının yarımfinalında azərbaycanlı Nicat Abasovla görüşdən sonra zəhərləndiyini bildirib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) mətbuat xidməti dünya çempionunun açıqlamasını yayıb.
Onun sözlərinə görə, son iki gündür yemək yeyə bilmir:
“Normal vəziyyətdə yəqin ki, bir az üstünlüyüm olacaqdı. Çünki bir gün istirahət edərdim. Rəqibim isə dünən çətin tay-breyk oynamalı idi. Amma son bir neçə gündə olduqca pis vəziyyətdə idim. Nicat Abasovla oynayandan sonra qidadan zəhərləndim. Son iki gündür yemək yeyə bilmirəm. Buna görə də mən çox sakit idim. Çünki əsəbi olmağa gücüm yox idi” - deyə bildirilib.
Norveçli qrossmeyster bu gün Bakıda keçirilən dünya çempionatının final mərhələsinin ilk oyununda hindistanlı, 18 yaşlı Rameşbabu Praqnanandha ilə heç-heçə oynayıb.
İkinci partiya avqustun 23-də keçiriləcək.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...