"Mançester Siti" İngiltərə çempionu oldu
19
may
2024
21:16
"Mançester Siti" ardıcıl dördüncü dəfə futbol üzrə İngiltərə çempionu olub.
BAKU.WS xəbər verir ki, şəhərlillər Premyer Liqanın 38-ci turunda "Vest Hem Yunayted" komandasını məğlub etməklə buna müvəffəq olub.
"Etihad Stadium"da baş tutan oyun 3:1 hesabı ilə meydan sahiblərinin xeyirinə başa çatıb.
Beləliklə, İngiltərə çempionatında mövsümün sonunda "Mançester Siti" 91 xal toplayıb.
Pep Qvardiolanın komandası ardıcıl dördüncü dəfə titul qazanaraq turnir cədvəlində birinci yeri tutub.
Oxşar xəbərlər
Qvardiola növbəti çempionluq üçün əsas şərti AÇIQLADI
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 2023/2024 mövsümünün İngiltərə Premyer Liqasında çempionluq yarışının final mərhələsindəki vəziyyətlə bağlı sualı...