Qvardiola növbəti çempionluq üçün əsas şərti AÇIQLADI
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 2023/2024 mövsümünün İngiltərə Premyer Liqasında çempionluq yarışının final mərhələsindəki vəziyyətlə bağlı sualı cavablandırıb.
BAKU.WS “Oxu.Az”a istinadən təqdim edir:
“Bir həftə qaldı: Üç oyun, doqquz xal və biz çempion olacağıq. Altı və ya yeddi xal qazansaq, “Arsenal” Premyer Liqanın qalibi olacaq.
Top fərqini aradan qaldırmaq mümkün deyil. Heç-heçə oynaya bilmərik. “Arsenal” çox yaxşı və ardıcıl oynayır.
Üç oyun var - ümid edirəm ki, birinci və ikincidə qalib gələcəyik və çempionatın taleyini öz əlimizə alaraq üçüncü oyuna çıxacağıq”, - deyə o bildirib.
Xatırladaq ki, İngiltərə Premyer Liqasında mövsümün bitməsinə üç oyun qalmış Pep Qvardiolanın komandası 82 xalla 35 oyundan sonra turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider London “Arsenal”ının bir xal gerisindədir. Lakin “Mançester Siti” “topçular”dan bir oyun az keçirib.
Oxşar xəbərlər
Premyer Liqa tarixinin ən yaxşı 33 oyunçusu: Tyeri Anri, Ronaldo, Salah...
"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 33 oyunçusu açıqlanıb BAKU.WS xəbər verir ki, sözügedən oyunçuların siyahısını təqdim edir: 33...