"Mançester Siti" Çempionlar Liqasından kənarlaşdırılıb

14
fev
2020
23:23
"Mançester Siti" iki il müddətinə Çempionlar Liqasından kənarlaşdırılıb.
BAKU.WS xəbər verir ki, UEFA "şəhərlilər"lə bağlı maliyyə fırıldaqçılığını təsdiqləyib.
Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Premyer Liqa təmsilçisi iki il ərzində Avropa yarışlarında iştirakdan məhrum edilib və 30 milyon avro məbləğində cərimələnib.
Beləliklə, "Mançester Siti" 2020-21 və 2021-22 mövsümlərində Çempionlar Liqası və Avropa Liqasında oynamayacaq.
Qeyd edək ki, "Mançester Siti"nin 2012-2016-ci illər aralığında maliyyə feyr-pley prinsiplərini pozduğu bildirilir.
Oxşar xəbərlər
"Mançester Siti" Çempionlar Liqasından kənarlaşdırıla bilər
İngiltərənin "Mançester Siti" klubu Çempionlar Liqasından kənarlaşdırıla bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, buna səbəb klubun maliyyə "Fair Play...
