"Mançester Yunayted" "Bavariya"nın yarımmüdafiəçisini transfer edə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
"Mançester Yunayted" "Bavariya"nın 29 yaşlı yarımmüdafiəçisi Joao Palhinha ilə maraqlanır.
BAKU.WS xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Mənbənin məlumatına görə, Münhen klubu portuqaliyalı futbolçunu satmağa hazırdır və 30 milyon avro məbləğində təklifləri nəzərdən keçirəcək. Qırmızı şeytanlar Palhinhaya komandanın yarımmüdafiəsini gücləndirmək üçün iqtisadi cəhətdən sərfəli variant kimi baxır.
Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 24 matçda iştirak edib, qol vurmayıb. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir. Transfermarkt portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...