"Mançester Siti" Rodriyə əvəzləyici tapdı: Ayub Buaddi ilə 5 illik razılıq əldə olunub
"Mançester Siti"nin, Madrid "Real"ına keçidə yaxın olan ispaniyalı dayaq yarımmüdafiəçisi Rodrinin əvəzini tapdığı bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkədə paylaşım edib.
Məlumata görə, İngiltərə çempionu "Lill"in mərakeşli yarımmüdafiəçisi Ayub Buaddinin transferini başa çatdırmaq üzrədir. Tərəflər şəxsi müqavilə şərtlərində razılığa gəlib və futbolçunun 2031-ci ilin yayına qədər qüvvədə olacaq 5 illik müqavilə imzalaması gözlənilir.
Daha əvvəl yayılan xəbərlərə əsasən, "Lill" 18 yaşlı istedadın transferindən təxminən 100 milyon avro gəlir əldə etməyi planlaşdırır. Eyni zamanda, Rodrinin də "Real Madrid"ə keçidə razılıq verdiyi iddia olunur.
Ayub Buaddi ötən mövsüm klub səviyyəsində bütün turnirlərdə 42 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Lill"lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, gənc yarımmüdafiəçinin bazar dəyəri 80 milyon avro təşkil edir.
18 yaşlı futbolçu 2026-cı il dünya çempionatında Mərakeş millisinin heyətində 5 oyuna çıxsa da, qol və ya məhsuldar ötürmə ilə fərqlənməyib.
Oxşar xəbərlər
Neymar üçün Braziliya millisində vida oyunu keçirilə bilər
Braziliya Futbol Konfederasiyası (CBF) milli komandanın əfsanəvi futbolçularından Neymar üçün xüsusi vida oyununun təşkilini nəzərdən keçirir. BAKU.WS xəbər ver...