"Mançester Siti" Bernardo Silvanın əvəzləyicisini tapıb
"Mançester Siti" "Nottingem Forest"in yarımmüdafiəçisi Morqan Gibbs-Uaytı transfer etməyi düşünür.
BAKU.WS "Football Insider"ə istinadən xəbər verir ki, "Şəhərlilər" 26 yaşlı ingilisi yayda klubdan ayrıla biləcək Bernardo Silvanın potensial əvəzedicisi kimi görür.
Mənbəyə görə, müqavilənin dəyəri 70 milyon avro ola bilər.
Gibbs-Uayt bu mövsüm bütün turnirlərdə 35 oyunda meydana çıxıb, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib. Morqan əvvəllər "Vulverhempton Uonderers", "Şeffild Yunayted" və "Suonsi Siti"də oynayıb. "Transfermarkt" onun bazar dəyərini 65 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Bernardo Silva Türkiyə təmsilçisi "Qalatasaray"ın da hədəfindədir.
Oxşar xəbərlər
"Araz-Naxçıvan" səfərdə minimal hesablı qələbə qazandı
Misli Premyer Liqasında XX turun daha bir qarşılaşması baş tutub. BAKU.WS xəbər verir ki, günün ikinci oyununda "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul...