Mamadu Kane: "Məni dünyaya məhz "Neftçi" tanıtdırdı"
"Neftçi"də keçirdiyim bir neçə ildən sonra bu komanda ilə vidalaşmaq vaxtı çatdı".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Neftçi"dən ayrılan qvineyalı futbolçu Mamadu Kane özünün instaqram səhifəsində yazıb.
25 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"a təşəkkürünü bildirib: "Məni dünyaya məhz bu klub tanıtdırdı. "Neftçi"dəki hər kəslə, klub prezidenti, idman direktoru, məşqçilər, komanda yoldaşlarım və azarkeşlərlə əməkdaşlıq etmək fürsətim olduğu üçün çox şadam. Hamı bilir ki, buradan yaxşı hisslərlə ayrılır, sizinlə bölüşdüyüm bu peşəkar təcrübə ilə fəxr edirəm".
O, duyğularını 3 qısa cümlə ilə ifadə edib: "Hamınızdan razı qaldım. İşimi sevdim və bu, məni son anadək motivasiya etdi. Mənə verdiklərinizə görə bir daha sizə təşəkkür edirəm".
Qeyd edək ki, Mamadu Kane ötən yay "Olimpiakos"la 4 illik müqavilə imzalayıb. O, 2019-cu ilin yanvarından "Neftçi"də çıxış edirdi.
Oxşar xəbərlər
"Neftçi" futbolçusunu "Olimpiakos"a satdı
“Neftçi” futbolçusu Mamadu Kaneni Yunanıstan “Olimpiakos”una satıb. BAKU.WS klubun saytına istinadən xəbər verir ki, klublar arasında razılaşmaya görə, 24 yaşlı...