Mahir Emreli "Rakuv"da tibbi müayinədən keçir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Rakuv" klubuna transferi yekunlaşmaq üzrədir.
BAKU.WS report-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu hazırda Ekstraklasa təmsilçisində tibbi müayinədən keçir.
Onun bu kluba keçidi gün ərzində və ya sabah açıqlanacaq. Çenstoxova şəhərinin təmsilçisi ötən mövsüm çempionatda dördüncü yeri tutaraq UEFA Konfrans Liqasına vəsiqə qazanıb. Komanda bu turnirin II təsnifat mərhələsində Maltanın "Valletta" kollektivi ilə üz-üzə gələcək.
Xatırladaq ki, azərbaycanlı forvard son olaraq Almaniyanın "Kayzerslautern" komandasının formasını geyinib. M.Emreli 2021/2022 mövsümünün ilk yarısında Polşada "Legiya"nın uğurları üçün çalışıb.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...