Mahir Emreli "Legiya"nın azyaşlı azarkeşlərini sevindirdi - FOTO

06
dek
2021
23:37
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı yeni il öncəsi azyaşlı azarkeşlərini sevindirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, klubun fanşopunda Varşava təmsilçisinin bir neçə oyunçusu ilə görüşən uşaqlar əyləncəli vaxt keçiriblər.
Futbolçuların arasında Emreli də olub. Fanatların suallarını cavablandıran 24 yaşlı forvard onlara üzərində öz imzası olan top və forma hədiyyə edib.
Qeyd edək ki, Mahir Emreli cari mövsümün əvvəlindən "Legiya"da çıxış edir.
Qalereya
Oxşar xəbərlər
Polşa millisinin sabiq futbolçusu: "Mahir Emrelinin özünəinamı azalıb"
"Düşünürəm ki, Emreli daha cəld qərar qəbul etməlidir. 1-2 qol epizodunu əldən verdikdən sonra özünə inamı azalıb". BAKU.WS "Report"a istinadən xəbər verir ki,...
