Mahir Emreli: "İnsanlar məni görməzdən gəliblər"
"Hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam".
BAKU.WS Oxu.az-a istiandən xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli jurnalistlərə açıqlamasında deyib.
O, bəzən işlərin yolunda getdiyini, bəzən isə çətinliklərlə üzləşdiyini bildirib:
"Bir çox insanlar məni görməzdən gəliblər. Şikayət etmirəm. Çalışmağa üstünlük verdim".
Emreli insanların ondan gözləntilərinin çox olduğunu söyləyib: "Özümə bu cür motivasiya verməyə çalışıram".
O, gələcək karyerası ilə bağlı danışıb: "Hansı komandada çıxış edəcəyim bəlli deyil. Özüm də gözləyirəm. Agentlər nə istədilərsə, etdim. Onlardan xəbər gözləyirəm. Ümid edirəm ki, qarşıdakı həftələrdə biləcəyəm".
Forvard Bundesliqada çıxış etmək ehtimalı barədə danışıb: "Hansı doğru olsa, onu seçəcəyəm. Avropanın top 5 liqalarında oynamaq arzumdur. Ölkədən bu niyyətlə çıxmışam. Amma gözləməliyik".
Oxşar xəbərlər
Azərbaycan idmançılarının martın 1-nə olan reytinq cədvəli açıqlanıb
Azərbaycan idmançılarının 2026-cı il martın 1-nə olan reytinq cədvəli açıqlanıb. Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. Siyahıya yunan-roma güləşçi...