Mahir Emreli “Beşiktaş”a təklif olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Millimizin və “Qarabağ”ın futbolçusu Mahir Emrelinin adı növbəti dəfə “Beşiktaş”la hallanmağa başlayıb.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, “Beşiktaş”ın prezidenti Ahmet Nur Çəbi Pərviz Musayev və Elçin Cəfərovun aparıcısı olduğu “Türkiyədən futbol” verilişində səsləndirdiyi fikirdən sonra Mahir bu kluba təklif olunub.
Məlumatı yayan “Fotospor” onun kim tərəfindən təklif edildiyini yazmayıb.
Belə ki, “Beşiktaş”ın rəhbəri açıqlamasında Azərbaycanda oynayan peşəkar futbolçuların onlara göstərilməsini, ancaq maaşlarının azərbaycanlı iş adamları tərəfindən ödənilməsini istəmişdi.
Qeyd edək ki, daha əvvəllər də Türkiyə mətbuatında “Beşiktaş”ın Mahir Emrelini transfer etmək istədiyinə dair qeyri-dəqiq informasiyalar yayılıb.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...