Klopp "Barselona"nı çalışdıracaq? - DƏQİQLƏŞDİ

Klopp Barselonanı çalışdıracaq? - DƏQİQLƏŞDİ
İdman 4

"Liverpul"un baş məşqçisi Yurgen Klopp gələn mövsüm "Barselona"nı çalışdırmayacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "Catalunya Radio" məlumat yayıb.

Nəşrin məlumatına görə, 56 yaşlı mütəxəssis "Liverpul"dan ayrıldıqdan sonra məşqçiliyə fasilə vermək istədiyi üçün bu ehtimalı istisna edib.

Qeyd olunur ki, nə “Barselona”nın prezidenti Joan Laportanın zəngi, nə də karyerasını davam etdirmək üçün başqa variantlar onu razı sala bilər.

Xatırladaq ki, Klopp 2015-ci ilin payızından “Liverpul”u çalışdırır. Onun rəhbərliyi altında “qırmızılar” İngiltərə Premyer Liqası (APL), Çempionlar Liqası, Klublararası Dünya Kuboku, Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər