"Liverpul" kapitanını itirdi
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərə kubokunun 1/32 final mərhələsində "Everton"u 1:0 hesabı ilə məğlub edən "Liverpul" əvəzində bir futbolçusunu itirib.
BAKU.WS matc.az-a istinadən xəbər verir ki, kapitan Ceyms Milner sıradan çıxıb.
Yarımmüdafiəçi qarşılaşmanın 9-cu dəqiqəsində zədələnərək əvəzlənib. Baş məşqçi Yurgen Klopp 34 yaşlı futbolçunun zədəsinin ciddi olduğunu açıqlayıb:
"Milner meydanı ağlayaraq tərk etdi. Çox güman ki, əzələsində problem yaşandı. Zədənin ciddi olduğunu düşünürük".
Qeyd edək ki, "Liverpul" növbəti oyununu yanvarın 11-də Premyer Liqanın XXII turu çərçivəsində "Tottenhem"ə qarşı keçirəcək.
Oxşar xəbərlər
“Çelsi” İngiltərə kubokunun 1/32 finalına çıxıb
İngiltərə kubokunun 1/32 final matçında “Çelsi” “Nottinqem Forest”i qəbul edib. Qarşılaşma Londondakı “Stemford Bric” stadionunda baş tutub və meydan sahiblərin...