"Liverpul" hücumçusunu icarəyə verdi

Liverpul hücumçusunu icarəyə verdi
İdman 450

Suonsi Siti" heyətini yeni futbolçu ilə gücləndirib.

BAKU.WS goal.az-a istinadən xəbər verir ki, İngiltərə Çempionşipində mübarizə aparan Uels təmsilçisi "Liverpul"un hücumçusu Rian Brusteri heyətinə qatıb.

19 yaşlı ingilis hücumçu "Suonsi Siti" tərəfindən mövsümün sonunadək icarəyə götürülüb.

Bruster "Liverpul"un öz yetirməsidir. İngiltərənin U-21 yığmasının da şərəfini qoruyan gənc forvard bu mövsüm "qırmızılar"ın heyətində cəmi 3 kubok qarşılaşmasının iştirakçısı olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər