“Liverpul” Avropanın ən güclüsü oldu - VİDEO

15
avq
2019
09:39
UEFA Superkubokunun qalibi müəyyənləşib.BAKU.WS xəbər verir ki, İstanbulda keçirilən oyun Çempionlar Liqasının qalibi “Liverpul” və Avropa Liqasının qalibi “Çelsi” arasında baş tutub.Əsas vaxtı 1:1 bitən oyunda əlavə vaxtda ehtiyac olub. Əlavə 30 dəqiqədə də hərəyə bir qol vuran komandalar qalibin adını penaltilər seriyasında aydınlaşdırıb. Burada daha dəqiq oynayan “Liverpul” matçdan qalib ayrılıb və UEFA Superkubokunun qalibi olub.“Liverpul”un heyətində 2 qol vuran Sadio Mane matçın ən yaxşı oyunçusu seçilib.14 avqust“Liverpul” (İngiltərə) - “Çelsi” (İngiltərə) - 2:2 (penaltilər seriyası - 5:4)Qollar: Jiru, 36 (0:1), Mane, 48 (1:1), 95 (2:1), Jorjinyo, 101-pen (2:2)
Oxşar xəbərlər
"Liverpul" və "Çelsi" Super Kubokun sahibini müəyyənləşdirəcək
Bu gün Türkiyənin İstanbul şəhərində UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.BAKU.WS xəbər verir ki, "Vodafone Park"da İngiltərənin iki təmsilçisi - "Liverpu...