İlham Zəkiyev Avropa ikincisi olub

İlham Zəkiyev Avropa ikincisi olub
İdman 10

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında gümüş medal qazanıb.

“Report”un məlumatına görə, 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 2 qat paralimpiya çempionu fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, Dürsədəf Kərimova (+70 kq) ilə Namiq Abaslı (73 kq) gümüş, Xatirə İsmiyeva (+70 kq) ilə İsmayıl Muradov (60 kq) isə bürünc medal qazanıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər