"Legiya" Mahir Emreli üçün dil kursları təşkil edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı komandadakı legionerlərin baş məşqçi Marek Qolebiyevskinin tapşırıqlarını daha yaxşı başa düşməsi üçün maraqlı üsulə əl atıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Varşava təmsilçisi əcnəbi oyunçular üçün dil kursları təşkil edəcək. Bundan sonra legioner futbolçulara klubun tədris mərkəzində 45 dəqiqəlik polyak dili dərsləri keçiləcək. Artıq bunun üçün xüsusi müəllim də işə götürülüb.
Qeyd edək ki, Mahir Emreli cari mövsümün əvvəlindən "Legiya"da çıxış edir.
Oxşar xəbərlər
Polşa millisinin sabiq futbolçusu: "Mahir Emrelinin özünəinamı azalıb"
"Düşünürəm ki, Emreli daha cəld qərar qəbul etməlidir. 1-2 qol epizodunu əldən verdikdən sonra özünə inamı azalıb". BAKU.WS "Report"a istinadən xəbər verir ki,...