Lamiyə Vəliyeva: Medalımı Azərbaycan xalqına həsr edirəm
Medalımı Azərbaycan xalqına həsr edirəm.
BAKU.WS xəbər verir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Lamiyə Vəliyeva deyib.
100 metr məsafəyə qaçışda fəxri kürsünün birinci pilləsinə qalxan paraatlet dünya rekordunu da yenilədiyi üçün çox sevindiyini bildirib:
"Məşqlərim bu yarışdan əvvəl bir az yaxşı davam etmirdi. Elə bilirdim ki, əvvəlki kimi deyiləm. Amma bu gün bir daha şahid oldum ki, Allah heç bir əziyyəti yerdə qoymur. Bu qızıl medal mənim və bütün komandamızın əziyyətinin bəhrəsidir. İdmana və paralimpiyaya göstərdikləri diqqətə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm".
L.Vəliyeva 5 sentyabrda T13 kateqoriyası üzrə 400 metr məsafəyə qaçış üzrə yarışda da qüvvəsini sınayacaq. Təsnifat qaçışı Bakı vaxtı ilə saat 23:31-də start götürəcək.
Oxşar xəbərlər
Tofiq Bəhramovun nəvəsinə babasının adını daşıyan stadionda vəzifə verildi
Tofiq Bəhramovun nəvəsi yeni vəzifəyə təyin olunub. BAKU.WS-in məlumatına görə, o, babasının adını daşıyan Tofiq Bəhramov adına Respublika Stadionuna direktor m...