İlahə Qədimovaya FİDE-də yeni vəzifə verilib
Yeniliklərdən dərhal xəbərdar olun
FİDE-də iki yeni təyinat rəsmiləşib.
BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, Azərbaycanın sabiq şahmatçısı İlahə Qədimova qurumda yeni vəzifə alıb.
Həmyerlimiz Yarışlar Komissiyasının katibi təyin edilib. 1992 və 1993-cü illərdə 18 yaşadək qızlar arasında dünya çempionu olan Qədimova 1994-cü ildə qadınlar arasında beynəlxalq qrossmeyster adı alıb.
2008-ci ildə aktiv şahmat karyerasını başa vuran Gəncə şahmat məktəbinin yetirməsi son illərdə FİDE-nin Qadın Şahmatı Komissiyasında katib kimi çalışıb. 46 yaşlı funksioner yeni təyinatla digər komissiyaya keçirilib.
Onunla yanaşı, daha bir təyinat gerçəkləşib. Kristel Yaqer Hafsted Qadın Şahmatı Komissiyasında Qədimovanı əvəzləyib.
Oxşar xəbərlər
Firdovsi Umudov: "Bəzi qüvvələr yığmada problem axtarırdılar" - MÜSAHİBƏ
Sərbəst güləş üzrə milli komandanın baş məşqçi vəzifəsindən ayrılan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun "Report"a müsahibəsi...-...