Koxalski özünü İngiltərə klublarına təklif etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Çempionlar Liqasındakı çıxışı ilə diqqətləri üzərinə çəkməyə davam edir.
BAKU.WS xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la 2:3 hesablı məğlubiyyətdən sonra polşalı qolkiper "The Sun" nəşrinə danışıb.
Koxalski bildirib ki, karyerasında növbəti böyük addımı İngiltərədə atmaq istəyir:
"İngiltərədə oynamaq mənim üçün ən böyük hədəfdir. Ümid edirəm ki, Premyer Liqa və Çempionşip təmsilçilərinin skautları məni izləyir. İnanıram ki, tezliklə bu istiqamətdə real addımlar atılacaq."
Qeyd edək ki, Koxalski UEFA Çempionlar Liqasında bu mövsüm 45 seyv edərək turnirin ən çox qurtarış edən üçüncü qapıçısı kimi diqqət çəkib.
Oxşar xəbərlər
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti m...