Konor Makqreqor UFC ilə danışıqlar apardığını açıqladı
İrlandiyalı qarışıq döyüş növləri (MMA) ustası Konor Makqreqor növbəti döyüşü ilə bağlı UFC ilə danışıqlar apardığını bildirib.
BAKU.WS xəbər verir ki, Konor Makqreqor "Drink Litt" adlı platformaya açıqlamasında döyüşün ABŞ-də keçiriləcək xüsusi turnirdə baş tuta biləcəyini deyib. Onun sözlərinə görə, qarşılaşma Ağ Evdə və ya ona yaxın ərazidə təşkil olunacaq və yay aylarında keçiriləcək.
Makqreqor ötən ilin oktyabrında da Ağ Evdə keçiriləcək UFC turnirində iştirak edəcəyini elan etmişdi. Lakin Ultimate Fighting Championship rəhbərliyi həmin vaxt idmançının oktaqona qayıdışını rəsmi təsdiqləməmişdi.
"UFC White House" turnirinin ABŞ-də iyunun 14-də keçirilməsi planlaşdırılır. Bu barədə daha əvvəl ABŞ-nin sabiq prezidenti Donald Trump məlumat verib. Həmin gün Trampın 80 illik yubileyi və ABŞ Bayraq Günü qeyd olunur. Turnir üçün oktaqonun Ağ Evin qarşısındakı çəmənlikdə qurulacağı gözlənilir. Döyüşçülərin yekun siyahısı hələ açıqlanmayıb.
Qeyd edək ki, Makqreqor sonuncu dəfə 2021-ci ilin yayında döyüşüb. O, amerikalı döyüşçü Dustin Poirier ilə qarşılaşmada texniki nokautla məğlub olub və ayaq sınığı alıb. Bundan sonra irlandiyalı idmançı oktaqona çıxmayıb. Buna baxmayaraq, o, dəfələrlə MMA-ya qayıdacağını bəyan edib.
Oxşar xəbərlər
Əliyar Ağayev Azərbaycana qayıda bilmir - SƏBƏB
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev çətin vəziyyətlə üzləşib. BAKU.WS Sportal.az-a istinadən xəbər verir ki, referi Azərbaycana geri qayıda bilmir. Belə ki...