Konfrans Liqası: "Sabah" növbəti mərhələyə keçdi

Konfrans Liqası: Sabah növbəti mərhələyə keçdi
Video
İdman 177

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Petrok"a (Moldova) qalib gələn "Sabah" növbəti raunda adlayıb.

BAKU.WS xəbər verir ki, Əlincə stadionunda baş tutan matç Bakı təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.

"Bayquşlar"ın heyətində Coy Lens Mikels (21,28, 44) het-trik edib. Digər qolu isə Pavol Şafranko (45+2) qonaqların qapısından keçirib. Moldova kollektivinin qolu 42-ci dəqiqəyə təsadüf edib. Ev sahiblərinin heyətində Steve Solvet (42) avtoqol müəllifi olub.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda bakılılar 2:0 hesablı qələbəyə sevinmişdi.

***20:54

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda ilk hissə başa çatıb.

BAKU.WS xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu fasiləyə böyükhesablı üstünlüklə yollanıb 4:1

Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir.

***20:34

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda hesab dəyişib..

BAKU.WS xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb - 2:0.

28-ci dəqiqədə Coy Lens Mikels dubl müəllifi olub.

***20:27

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesabda irəli çıxıb.

21-ci dəqiqədə Coy Lens Mikels adını tabloya yazdırıb.

***20:04

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyunu start götürüb.

BAKU.WS xəbər verir ki, qarşılaşma Əlincə stadionunda keçirilir.

Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir. Tərəflər arasında ilk görüşdə Bakı təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Son xəbərlər